Türkiyədə bir sutkada 44 nəfər COVID-19-dan ölüb

Bu gün Türkiyədə daha 44 nəfər koronavirusdan vəfat edib.

SOSİUM.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib.

Həmçinin son sutka ərzində ölkədə daha 1 368 yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 149 435, bu virusdan vəfat edənlərin sayı isə 4140 nəfərə çatıb.

Ümumilikdə virusdan sağalanların sayı isə 109 962 nəfərdir.

Oxşar xəbərlər