Tviterə yeni funksiya gəlir

Məşhur sosial media platforması olan Tviterə yeni funksiya əlavə edilir.

 

SOSİUM.az xəbər verir ki, məlumata görə, bundan sonra istifadəçilərin paylaşımlarını yalnız seçdikləri insanlar görə biləcək.

Bu yenilik eynilə İnstaqramın “Yaxın dostlar” funksiyasını xatırladır.
Hələ sınaq mərhələsində olan bu funksiya ictimailəşdikdən sonra istifadəçilər 150 nəfərə qədər dostlar üçün tvitlərini açıq şəkildə paylaşa biləcəklər.
Yalnız seçilmiş insanların görə biləcəyi və cavablandıra biləcəyi bu paylaşımlar Tviteri daha faydalı platformaya çevirəcək.
Xatırladaq ki, amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ötən günlərdə tviter sosial şəbəkəsini alıb.
O, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

Oxşar xəbərlər