“Twitter” neçəyə satılır?

Amerikalı sahibkar İlon Mask “Twitter”in dövriyyədə olan bütün səhmlərini almaq üçün tenderdə iştirak etmək istəyir.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytında dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, sosial şəbəkəni almaq biznesmenə təxminən 46,5 milyard dollara başa gələcək.

“Associated Press” xəbər verir ki, Mask bu məbləğə sahibdir və şirkətlə danışıqlar aparır.

Oxşar xəbərlər