Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

SOSİUM.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 22 800 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 970 ədəd tankı, 2 389 ədəd zirehli döyüş maşını, 431 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 72 hava hücumundan müdafiə sistemi, 187 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 688 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 215 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Oxşar xəbərlər