Ukrayna tərəfi Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna müdafiəçiləri artıq 21900 Rusiya hərbçisini məhv edib, düşmənin 2258 zirehli döyüş maşını və 884 tankını sıradan çıxarıb.

SOSİUM.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Son sutka ərzində düşmənin ən böyük itkiləri Severodonetsk istiqamətində (Rusiya Federasiyasından 2-ci Əlahiddə Ümumqoşun Ordusunun 30 ayrı motoatıcı briqadası) qeydə alınıb”, – məlumatda deyilir.

Baş Qərargah Rusiyanın itkilərini aşağıdakı kimi sıralayıb:

– şəxsi heyət – təxminən 21,900 nəfər;
– tanklar – 884 ədəd;
– zirehli döyüş maşınları – 2258 ədəd;
– artilleriya sistemləri – 411 ədəd;
– reaktiv yaylım atəşi sistemləri- 149 ədəd;
– hava hücumundan müdafiə sistemləri – 69 ədəd;
– təyyarə – 181 ədəd;
– helikopterlər – 154 ədəd;
– avtomobil – 1566 ədəd;
– gəmilər/qayıqlar – 8 ədəd;
– yanacaq-sürtkü çənləri – 76;
– PUA-lar – 201;
–  Xüsusi texnika – 28.

Oxşar xəbərlər