Ukraynalılar Aİ sərhədlərini elektron sənədlə keçə biləcək

Ukraynalı qaçqınlar Diia.pl elektron sənədi ilə Avropa İttifaqının (Aİ) sərhədlərini keçmək hüququ əldə ediblər.

SOSİUM.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

“Polşa Avropa Komissiyasına ukraynalı qaçqınlar üçün keçərli olan elektron sənəd – Diia.pl sənədi barədə məlumat verib. Bu sənəd onların Polşada qanuni qalmasını təsdiqləyir və onlara Aİ daxilində səyahət etmək, eləcə də onun xarici sərhədlərini keçmək imkanı verir. Bu, Aİ-də ilk tam rəqəmsal yaşayış icazəsidir”, – məlumatda deyilir.

Rəsmi elandan sonra Ukrayna vətəndaşında və ya başqa bir əcnəbidə (Polşa ərazisində qalması Ukraynadakı silahlı münaqişə ilə əlaqədar Ukrayna vətəndaşlarına yardım haqqında qanuna uyğun olaraq qanuni sayılan) olan Diia.pl elektron sənədi Aİ-nin xarici sərhədini keçmək üçün etibarlı səyahət sənədi ilə birlikdə istifadə edilən yaşayış icazəsi kimi çıxış edəcək. O, həmçinin istənilən 180 günlük müddət ərzində 90 günlüyə Şengen zonası daxilində hərəkət etməyə də imkan verir.

Oxşar xəbərlər