Ünvanlı dövlət sosial yardımın məbləği artdı (RƏSMİ)

Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artıb.

SOSİUM.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 246,5 manatdan 298,9 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.

Oxşar xəbərlər