“Urals” nefti iyunda 22%-dək bahalaşıb

Bu ilin iyun ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 87.25 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin iyun göstəricisi (71.4 dollar) ilə müqayisədə 22.2 % çoxdur.

Cari ilin may ayı (78.81 dollar) ilə müqayisədə iyunda “Urals”ın qiyməti 10.7% artıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-iyun aylarında “Urals” neftinin orta qiyməti 84.09 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 63.35 dollar səviyyəsində olub.

Oxşar xəbərlər