Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeniliklər

Məşhur Whatsapp messencerini yaxın zamanda irimiqyaslı yenilənmə gözləyir. Həmin yenilənmə çərçivəsində istifadəçilərə yeni funksiyalar təqdim ediləcək. Messenceri gözləyən ən əsas yenilik isə Communities funksiyasının istifadəyə verilməsi olacaq. Communities vasitəsilə istifadəçilər daha çox qrupda müzakirə apara biləcəklər. Həmin qruplar adi qrup çatlarının çoxfunksiyalı analoqları olacaqlar. Belə ki, həmin qruplarda faylların mübadiləsi, 32 nəfər istifadəçinin iştirakı ilə qrup zəngləri, mesajlara reaksiyaların bildirilməsi, 2 GB-a kimi olan faylların göndərilməsi, administrativ alətlər və moderasiya idarəsinin elementləri reallaşdırılacaq. Meta şirkətinin CEO-su Mark Zuckerberg qeyd edib ki, sözügedən yeniliklər tədricən istifadəyə veriləcək. O, ümid edir ki, bu, Whatsapp və ümumilikdə online ünsiyyət üçün təkamül rolunu oynayacaq.

Oxşar xəbərlər