Whatsapp-dan istifadə edənlər bunu bilməlidir: Dəyişir

“Whatsapp” yeni funksiyalarla yenilənməyə davam edir.

SOSİUM.az  xarici mediaya istinadən xəbər verir ki, mesajlaşma proqramı “Whatsapp” yeni funksiyalarla yenilənməyə davam edir.

Tətbiqin sonuncu xüsusiyyəti hər kəsin diqqətini çəkib. Belə ki, məşhur mesajlaşma proqramı əvvəllər fayl ötürmə ölçüsü limitini 100 MB-dan 2 GB-a qədər artırmışdı.

“Whatsapp”ın yeni funksiyası bu fayl göndərilməsi ilə bağlıdır. Əvvəllər “WhatsApp”ın iOS, Android və kompüter versiyalarında sənəd formatında göndərilə bilən foto, video və buna bənzər faylın qarşı tərəfə çatacağı vaxt tətbiqdə göstərilmirdi.

Yeniliyə əsasən, faylı mesajlaşma proqramı ilə paylaşarkən təxmini gediş vaxtı göstəriləcək. Bu yenilik sayəsində göndərilən faylın qarşı tərəfə neçə saniyə və ya dəqiqəyə göndəriləcəyi görünə biləcək.

Qeyd edək ki, bu vaxt internet bağlantısının keyfiyyətindən asılı olaraq dəyişəcək.

Oxşar xəbərlər