“Whatsapp”da yeni funksiya – Şəbəkə ödənişli olacaq?

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” uzun müddətdir sınaqdan keçirdiyi yeni özəlliyi rəsmi olaraq təqdim edib. 

 

Tezliklə bütün istifadəçilərin istifadəsinə veriləcək tətbiqdə 4 yeni xüsusiyyət olacaq. Bunlardan biri də üzvlük modelidir.

 

Belə olan halda “WhatsApp”ın ödənişli olacağı ilə bağlı məsələ gündəmə gəlib.

 

“WhatsApp”ın üzvlük modelinə keçməsi ilə qoşulmuş cihazlar bölməsində ediləcək dəyişikliklər çoxlu cihaz dəstəyi ödənişli hesablar üçün yenidən dizayn edilir.

 

“WhatsApp”ın bu modeli ödənişli olacaq. Amma model yalnız biznes üçün əlçatan olacaq. Yəni adi istifadəçilərin pul ödəməsinə ehtiyac olmayacaq.

 

Qeyd edək ki, yaxın vaxtlarda “WhatsApp”a bir neçə digər yeni özəlliklər də əlavə olunacaq.

Oxşar xəbərlər