“Windows 11”-də “Tanrı rejimi” – O nədir?

“Windows 11”in yeni versiyasında bütün parametrləri idarə etməyə imkan verən gizli rejim tapılıb.

Bu barədə XDA-Developers nəşri məlumat yayıb.

Məlumata görə, yeni funksiya “God Mode”, yəni “Tanrı rejimi” adlanır. Bu özəllik əməliyyat sisteminin bütün parametrlərinə sürətli çıxış əldə etmək imkanı verir.

Bu funksiyanın qısa yolunu əldə etmək üçün “Başlat” menyusunu açmaq kifayətdir. Burada müvafiq addımları ataraq həmin özəllikdən istifadə edə bilrəsiniz. “God Mode” vasitəsilə 200-ə yaxın parametrə tez daxil ola və qısayol kimi iş masasına köçürə bilərsiniz.

Qeyd edək ki, “Microsoft” növbəti irimiqyaslı yeniləməni bu ilin yay aylarında edəcəyini açıqlayıb.

Oxşar xəbərlər