Xaricdən idxal olunan hibrid avtomobillərin sayı – 71% ARTDI

Azərbaycana 2022-ci ilin birinci rübündə xaricdən 3 140 ədəd hibrid mühərrikli minik avtomobili idxal edib.

SOSİUM.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.

İdxal edilmiş minik avtomobillərin idxal dəyəri isə 26.95 mln. ABŞ dolları olub.

İdxal edilən hibrid mühərrikli minik avtomobilləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 309 ədəd, yaxud 71.5% artmışdır.

Qeyd edək ki, hibrid avtomobillərin 1 137 ədədi yanvarda, 895 ədədi fevralda, 1 108 ədədi isə mart ayında olmuşdur.

İlin birinci rübündə xaricdən Azərbaycana 70 ədəd cəmi elektrik mühərrikli avtomobil gətirilib, bunun da dəyəri 1.98 mln. ABŞ dolları olmuşdur. Öncəki ilin birinci rübündə cəmi 17 e-kar idxal olunmuşdu.

Hesabat dövründə Azərbaycana xaricdən ümumilikdə 17 102 ədəd (189.35 mln. dollar) avtomobil idxal olunub. Bunun da 15 934 ədədi (148.73 mln. dollar) minik avtomobilləridir.

Oxşar xəbərlər