XİN rəhbəri ATƏT-in sədri ilə danışıq aparıb

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

SOSİUM.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən daxil olan məlumata görə, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər