Yaponiya Putinlə bağlı qadağanı ləğv etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın keçmiş baş nazir Şinzo Abenin dəfn mərasimində iştirak etmək arzusunu bildirərsə, rəsmi Tokio onun ölkəyə girişinə qoyduğu qadağanı ləğv edilməyəcək.
Bu barədə “Nikkei” və “Sankei” qəzetləri öz mənbələrinə istinadən yazıb.
Vladimir Putin Ukraynada qarşı müharibəyə başladəğına görə sanksiyalar altındadır və onun Yaponiyaya girişi qadağan edilib. “Sankei” nəşrinin məlumatına görə, Yaponiya Abenin dəfn mərasimi ilə əlaqədar hətta müvəqqəti də olsa, Putinin Yaponiyaya giriş məhdudiyyətini aradan qaldırmaq fikrində deyil.
Lakin media yazır ki, Tokio Rusiya liderinin bu barədə xahiş edəcəyini də gözləmir.

Oxşar xəbərlər