Yaşıllığın insan psixikasına hansı təsiri var?

“Sağlam həyat tərzi” kitabının müəllifi Kristofer Berqland ağacların, otların və yaşayış sahələrində salınan yaşıllığın stresi azaltdığını və depressiyanın qarşısını almağa kömək etdiyini bildirib.

K.Berqland qeyd edib ki, evin yaxınlığında salınan yaşıllıq insanın dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətinə müsbət təsir edir.

“Uzun müddət yaşıllıq olan ərazidə vaxt keçirmək və ya parklarda gəzmək xəstəliklərə tutulmaq riskini azaldır və ümumi psixi sağlamlığı yaxşılaşdırmağa kömək edir”, – deyə Kristofer Berqland söyləyib.

Ekspert xüsusilə böyük şəhərlərdə yaşıllaşdırma işlərinin vacibliyinə toxunub və oxucularına tez-tez açıq havada, yaşıllıqların yaxınlığında olmağı tövsiyə edib.

Mənbə: Psychology Today

Oxşar xəbərlər