Yay aylarında bahalaşmanın qarşısını necə almaq olar? – Ekspertdən ÇIXIŞ YOLU

“Ölkələrə əsas ərzaq idxalı baş verərkən dünya bazarlarında ərzaq indeksi nəzərə alınır. Daha sonra ikitərəfli danışıqlar nəticəsində əldə edilmiş qiymətlə idxal olunur. Bu Azərbaycan üçün də belədir və son qiymət artımlarında obyektiv səbətlər var”.

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya son aylarda ölkəmizdə idxal məhsullarının qiymət artımındakı səbəbləri izah edərkən belə deyib.

Əksər iqtisadçılar cari ilin ikinci yarısı üçün də qiymət artımının davam edəcəyini proqnoz edir. Natiq Cəfərli bunu dünyada baş verən siyasi-hərbi durum və iqtisadi rezonanslarla əlqaələndirib.
​​​​​​​Qeyd edib ki, gəlin baxaq, ən çox hansı ölkə Azərbaycana idxal qiymətlərini artırıb?

“Azərbaycana ərzaq ən çox Rusiya və Türkiyədən idxal olunur. Əvvəllər Belarus və Ukrayna da var idi bu siyahıda. Ukrayna indi, ümumiyyətlə, müharibəyə görə ərzaq idxal edə bilmir Azərbaycana. Belarusdan isə zəifləyib logistik problemlər yarandığı üçün idxal azalıb. Ona görə də qiymətləri ölkələr qaldırmır, qiymətlər dünya bazarında qalxandan sonra müvafiq ölkələrdən danışıqlar yolu ilə əldə edilən ərzaq məhsullarının qiymətində dəyişiklik olur, artım olur. Bu tək Azərbaycana aid deyil, yəni həmin ölkələr digər ölkələrə də ərzaq satarkən daha baha qiymətə satırlar”.

Ekspert hesab edir ki, mövcud vəziyyətdən daxilidəki işbazlıarın da faydalanmaması üçün və qarşıdakı yay aylarında aşırı bahalaşmanın yaranmamasından ötrü, dövlət qiymət siyasətinə nəzarəti gücləndirməlidir.
Hələlik minimal çıxış yolu budur. Çünki hava şəraitinin əlverişli olması turizmi genişləndirəcək və istehlak artacaq.

Bununla bərabər əhali yay aylarından mövsümü ərzaqlardan qış hazırlıqlarını da gördüyündən bu istiqamətdə istehlak məhsullarında süni bahalaşma gözləniləndir. Ona görə də qiymətlərə nəzarət artırılmalıdır.

Oxşar xəbərlər