“Yeni Müsavat”ın baş redaktoru İSTEFA VERDİ

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.

SOSİUM.az  xəbər verir ki, bu haqda o özü sosial şəbəkə hesabında məlumat yayıb.

“”Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən.

Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər”.

Oxşar xəbərlər