Yeni startap işə başlayır

Sosial sahibkarlıq sahəsində növbəti bir yeniliyə imza atılıb. Belə ki, İZZİ startapının ideyası 2020-ci ildə yaranıb.

SOSİUM.az xəbər verir ki, bu barədə layihə müəlliflərinin yaydığı məlumatda qeyd edilir: “Proqramçı komandamızı formalaşdırmağımızı və təlimləndirməsini partnyorlarımız SUP Akseleratorla, Next Step İnnovasiya mərkəzi və İnnoland inkubasiya və Akselerasiya mərkəzi birgə etdik və bir ildən çox İnnoland inkubasiya mərkəzinin rezidenti olduq. ABŞ və Kanadadan texniki məsləhətçilər cəlb edə bildik və 2021-ci ildə KOBİA tərəfindən startup şəhadətnazməsi aldıq və bu ilin aprel ayından veb səhifəmiz artıq fəaliyyətə başladı.

Həmçinin, Avropada yerləşən və may ayında start veriləcək iki akkselerasiya proqramında rəqabətli seçim mərhələrindən sonra iştirak haqqı qazanmışıq. Təsisçilərimiz və komandamızın 60% xanımlardan ibarətdir”.

Qeyd edilir ki, bazar müxtəlif qiymətlərlə fərqli xidmətlər təklif edən müxtəlif onlayn həllərdən ibarətdir: “Xidmət təklifləri bazarında bir və ya iki ev xidmətləri həllinə diqqət yetirən və onları veb-səhifə və ya tətbiq vasitəsilə satan bir neçə ixtisaslaşmış şirkətlər var. Lakin əksər hallarda müştərilər xidmət təminatçısından və ya onun podratçılarından razı qalmırlar.

Əsas fərqimiz sadə və istifadəsi rahat onlayn platformanın yaradılması idi. Regionda qadınlara ev xidmətləri dəstəyində boşluq var. Evdar xanımların qayğıları demək olar ki 80%-i ev işləri ilə əlaqəlidir. Digər tərəfdən, işləyən insanlar ev işləri və digər işlərlə məşğul olmaq üçün nə vaxt, nə də keyfiyyətli xidmət tapa bilmirlər. Bizim ali məqsədimiz insanlara məişət problemlərini ən qısa müddətdə və ən sərfəli qiymətlə həll edə biləcək uyğun icraçını seçməkdə kömək etməkdir.

Məqsədimiz istifadəsi asan, bütün cihazlarda əlçatan və minimum vaxt sərfi ilə sürətli şəkildə konseptuallaşdırmaqla insanlara onlayn platforma vasitəsilə məişət problemlərini həll etməyə kömək etməkdir. Platforma 24/7 xidmətlər və müştəri dəstəyi, seçim etmək üçün xidmət təminatçıları bazası və təqdim olunan xidmətin təhlükəsizliyi və etibarlılığı ilə dəyər qatacaq.

SOSİUM.az

Oxşar xəbərlər