Yenilənməyən tətbiqlər “AppStore”dan silinəcək

“Apple” tərtibatçılara məktub göndərərək uzun müddətdir ki, yenilənməyən proqramları tezliklə siləcəklərini bildirib.

Məlum olub ki, şirkət bu addımı “tətbiq mağazasının təkmilləşdirilməsi” təşəbbüsünün bir hissəsi kimi atır. O, istifadəçilər üçün müvafiq və zəruri məhsulların axtarışını asanlaşdırmaq üçün nəzərdə tutulub.

İT nəhəng tərtibatçılara 30 gün vaxt verib. Bu müddət ərzində proqramlarını “App Store”da saxlamaq istəyənlər onların yenilənmiş versiyasını buraxmalıdırlar.

Mənbə: kanobu.ru

Oxşar xəbərlər