Zaur tamaşaçılarla sağollaşdı

Ötən gün aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” proqramı son dəfə yayımlanıb.

SOSİUM.az xəbər verir ki, verilişin son buraxılışında bəzi sənət adamları qonaq olub və mahnı ifa ediblər. Zaur Baxşəliyev bir il ərzində onlara dəstək olan hər kəsə təşəkkür edib.

O, proqramın mövsüm finalına getdiyini, amma növbəti televiziya mövsümündə yayımlanıb-yayımlanmayacağını bilmədiyini vurğulayıb.”Qürurlu bir ili başa vurduq. Yüzlərlə insanı sağlamlığına qovuşdurdu “Bizimləsən”. Komanda, xalq, kanal olmasaydı, tək heç nə edə bilməzdim”.

Oxşar xəbərlər