“Zoom”dan yeni funksiya

İnsanların “Zoom” görüşlərinə qoşulmalarını və ya gec qoşulmalarını izləmək daha asan olacaq.

Tətbiqə əlavə olunacaq “Attendance Status” funksiyası ilə görüşə dəvət olunan, lakin “iştirak etməyənlər” artıq qatılmayıb kimi görünəcək.

Tətbiqə əlavə olunacaq bu funksiya iştirakçıların görüşlərə qatılıb-qatılmaması ilə yanaşı, göndərilən e-maillərdəki dəvətlərə qəbul və ya rədd cavablarını da göstərəcək. Bu halda istifadəçi dəvəti qəbul etdiyi hesabdan başqa hesabla görüşə qoşularsa o, görüşdə olsa belə, “qoşulmadı” kimi görünəcək.

Qeyd edək ki, bu funksiyanın işləməsi üçün görüş menecerlərinin “Google Calendar” və “Outlook Calendar” proqramları ilə inteqrasiyası olmalıdır.

Oxşar xəbərlər